Xəbər lenti

Qiymət həddi tətbiq olunarsa, Rusiya dünya bazarına neft çıxarmayacaq
Dünya08:33 21.07.2022

Qiymət həddi tətbiq olunarsa, Rusiya dünya bazarına neft çıxarmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qiymətə məhdudiyyət qoyulacağı təqdirdə Rusiya dünya bazarına neft tədarük etməyəcək.
Qaynarinfo "Reuters” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib. 
ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya neftinin qiymətini aşağı salmaq üçün onun qlobal satış qiymətinə limit qoyulmasına çalışır.
Rusiya prezidenti Vladimir Putin deyib ki, neftin qiymətinə məhdudiyyət tətbiq olunarsa, qiymətlər görünməmiş həddə artacaq.
"Əgər onların danışdıqları bu qiymətlər neftin hasilat qiymətindən aşağı olarsa, təbii ki, Rusiya nefti dünya bazarlarına çıxarmayacaq. Bu o deməkdir ki, biz sadəcə olaraq zərərlə işləməyəcəyik”, - deyə Novak bildirib.
Qeyd edək ki, hazırda Braziliya, Çin, Hindistan, bəzi Afrika və Yaxın Şərq ölkələri böyük endirimlərlə Rusiyadan neft idxalını artırıblar.
Nurlan Hüseynov