Xəbər lenti

Qız nişanlısının cinsiyyət orqanını kəsdi - ŞOK
Dünya10:24 14.08.2013

Qız nişanlısının cinsiyyət orqanını kəsdi - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə dəhşətli cinayət hadisəsi olub. 

Publika.Az-ın məlumatına görə, Van bölgəsində bir qız evlənməkdən imtina edən nişanlısına qohumu və dostları ilə işgəncə verdikdən sonra cinsiyyət orqanını kəsib. 

Hadisə günü, Veysel Y. sözlü olduğu 19 yaşlı Büşra D.yə evlənməkdən imtina etdiyini və sözü pozduğunu deyib. 

Büşra D. qohumu 22 yaşlı Deniz D. və dostları S.T. , M.Ö., Ü.K. və B.S. ilə maşın tutduqdan sonra sözlüsünü qaçırdıb. Sonradan isə bir dağın yamacında Veysel. Y.-yə işgəncə verdikdən sonra cinsiyyət orqanını kəsərək maşına mindiriblər və yolda atıblar. 

Yaralı gənci xəstəxanaya apardıqdan sonra əməliyyat ediblər. Sonra polis hadisə yerində Veysel Y.nin cinsiyyət orqanını axtarıb. Lakin axtarışlar bir nəticə verməyib və polis cinayətkarların axtarışına başlayıb. Sonra M.Ö. yaxalandı və polisə hadisəni detalları ilə danışıb. Digər cinayətkarlar da bundan sonra yaxalanıb. Araşdırmalar davam edir. 

Qaynar.info