Xəbər lenti

“Qızıl Ay” restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat
Ölkə 17:27 03.03.2026

“Qızıl Ay” restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat

Bakıda restoran qanunsuz reklam yerləşdirdiyinə görə cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən "Qızıl Ay” restoranının üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkarlanıb. Fakt Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən müəyyən edilib.

Bununla bağlı obyekt barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, habelə onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) ilə inzibati protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə restoranın sahibi sözügedən maddə üzrə inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1 500 manat məbləğində cərimə tətbiq edilib.
 
Aydın
--> -->