Xəbər lenti

Qızılın qiymətində tarixi rekord qeydə alındı
Dünya 17:41 04.12.2023

Qızılın qiymətində tarixi rekord qeydə alındı

Dekabrın 4-də keçirilən hərracda qızılın qiyməti bir unsiya üçün 2135 dollar olmaqla tarixi rekorda imza atıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

"Qiymətli metal bazar ertəsi günü 3%-dən çox bahalaşaraq, 7 avqust 2020-ci ildə qeydə alınan bütün zamanların ən yüksək göstəricisini ötüb", deyə agentlik bildirib.

Beləliklə, qızılın qiyməti dekabrın 4-də ticarətin açılışında 2020-ci ildə pandemiya zamanı əvvəlki tarixi maksimumu keçərək 2135 dollara çatıb.
Agentlik yazır ki, külçələr oktyabrın əvvəlində ən aşağı qiymətindən təxminən 15% bahalaşıb.

Analitiklərin fikrincə, qızıla maraq İsraillə HƏMAS arasında gedən müharibə fonunda artıb.

Digər amil inflyasiyanın yavaşlaması və Federal Ehtiyat Sisteminin faizləri endirə biləcəyi ilə bağlı gözləntilərdir. 

Bununla yanaşı, analitiklər metal qiymətlərinin daha da artmasının əhəmiyyətli olmayacağını düşünür və ilin sonuna kimi qiymətlərin unsiya üçün 1900 dollara düşəcəyini istisna etmirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->