Xəbər lenti

Qlobal kiberhücumların arxasında dayanan Rusiya kəşfiyyatının adı açıqlandı
Dünya14:51 04.10.2018

Qlobal kiberhücumların arxasında dayanan Rusiya kəşfiyyatının adı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Rusiya kəşfiyyatını idman, nəqliyyat və 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində hər şeyə müdaxilə edərək, Qərb demokratiyasını baltalamaqda ittiham edib.
Qaynarinfo reuters-ə istinadən xəbər verir ki, İngiltərə 2017-ci ildə BadRabbit və Dünya Andi-Doping Agentliyinə hücumların, 2016-cı ildə Demokratik Milli Komitənin serverinin çökdürülməsinin və 2015-ci ildə İngiltərədə bir televiziya kanalından gələn elektron məktubların oğurlanmasının araxasında Rusiya kəşfiyyatının olduğunu açıq-aşkar bildirib.
İngiltərənin daxili işlər naziri Ceremi Hant Rusiyanın hücumlarının təsadüfi olmadığını, digər ölkələrin seçkilərinə zərər vurmağa və müdaxilə etməyə çalışdığını söyləyib.
Açıqlamada bildirilir ki, kəşfiyyat servisinin qısa adı GRU-dur, lakin 2010-cu ildə təşkilatın adı qısaldılaraq GU edilib. GRU 1918-ci ildə Çar hökuməti dağıldıqdan sonra Qeydiyyat İdarəsi olaraq yaradılsa da kökləri İvan Qroznı zamanına qədər uzanır. Leninin dövründə sözügedən idarə digər Kəşfiyyat İdarələrindən asılı olmadan fəaliyyət göstərib.
Qeyd edək ki, ABŞ seçkilərə müdaxilədə başda İqor Korobov olmaqla GRU agentlərini ittiham etmişdi.