Qlobal neft ehtiyatları dünya tələbatının cəmi 101 gününü qarşılaya biləcək səviyyəyə enib.
Qaynarinfo xəbər verir ki, dünyanın ən böyük banklarından biri olan "Goldman Sachs" tərəfindən aparılan təhlildə qeyd edilib.
Mövcud tendensiya davam edərsə, bu göstəricinin may ayının sonuna qədər 98 günə düşəcəyi proqnozlaşdırılır.
Ehtiyatların sürətlə azalmasında Hörmüz boğazı üzərindən neft tədarükünün məhdud qalmasının əsas amillərdən biri olduğu vurğulanır. Qlobal enerji ticarətinin ən mühüm keçid nöqtələrindən sayılan bu boğazda yaranan problemlər təklif-tələb balansına birbaşa təsir göstərir.
!Goldman Sachs"ın rəsmi açıqlamasında bildirilib ki, ümumi ehtiyatlar hələ kritik həddə çatmasa da, bəzi regionlarda və müəyyən məhsul kateqoriyalarında tədarük çatışmazlığı ciddi risk yaradır. Xüsusilə rafinə olunmuş məhsullar üzrə vəziyyət daha həssas hesab edilir.
Məlumatlara əsasən, qlobal ticarət rafinə məhsul ehtiyatları müharibədən əvvəl tələbatın 50 gününü qarşıladığı halda, hazırda bu göstərici 45 günə qədər geriləyib. Asan əldə olunan ehtiyatların azalması bazarda kəskin qiymət dalğalanmaları ehtimalını artırır.
Analitiklər hesab edir ki, ehtiyatlar hələ kritik səviyyənin altında deyil. Lakin azalma tempi bu şəkildə davam edərsə, yay aylarında neft qiymətlərində daha sərt artımlar müşahidə oluna bilər.
Günay
Şərhlər