
Dünyada yaşlı insanların rahat yaşaması üçün ən yaxşı ölkələrin siyahısı hazırlanıb.
Qaynar.info xəbər verir ki, "Global AgeWatch" adlı təşkilatın apardığı araşdırmaya görə, yaşlı insanların ehtiyacların ən yaxşı ödəndiyi ölkə İsveç olub.
Əfqanıstan isə siyahının sonunda - 91-ci yerdə qərarlaşıb.
İsveçdən sonra Norveç və Almaniya 2-3-cü yerləri bölüşdürüblər. ABŞ 8-ci, Yaponiya isə 10-cu olub.
Rusiya 78, Braziliya 31, Çin isə 35-ci yerdə qərarlaşıb.
Azərbaycan isə bu siyahıya düşməyib.
Qaynar.info