Xəbər lenti

Qorbaçov: “Qərb SSRİ-yə hörmətsizlik edir”
Dünya18:49 07.05.2015

Qorbaçov: “Qərb SSRİ-yə hörmətsizlik edir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qərb liderləri faşizm üzərində qələbəni qeyd etmək üçün Moskvaya gəlməməklə SSRİ xalqlarına hörmətsizlik edirlər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov çıxış edib. O, Moskvaya gəlməkdən imtina edən ABŞ və Qərb liderlərini tənqid edib:

“SSRİ bu müharibədə böyük qurbanlar verib. Qərb liderləri faşizm üzərində qələbəni qeyd etmək üçün Moskvaya gəlməməklə SSRİ xalqlarına hörmətsizlik edirlər. Mən əminəm ki, SSRİ-siz faşizm üzərində qələbə mümkün olmazdı”.

Qeyd edək ki, bir çox Qərb lideri Rusiyanın Krımı ilhaqından və Ukraynanın şərqindəki separatçılara dəstək verməsindən sonra Moskvaya gəlməkdən imtina ediblər.

Qaynar.info