
Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.
O, ürəyindən əməliyyat olunub. Bu barədə sayta Qorbaçovun özü məlumat verib.
“Mən hazırda xəstəxanadayam. Bu gün Mərkəzi Klinik Xəstəxananın məşhur həkimi Yevgeni Bloxin ürəyimə kardiostimulyator qoyub", - deyə o söyləyib.
Həkim isə bildirib ki, M.Qorbaçovun vəziyyəti yaxşı olsa da, o hələ bir neçə gün xəstəxanada qalmalıdır.(Virtualaz.org)
Qaynarinfo.Az