Xəbər lenti

“Qoy Haaqada danışsın” - Britaniya Rusiya ombudsmanının BMT-dəki çıxışını əngəllədi
Dünya07:17 05.04.2023

“Qoy Haaqada danışsın” - Britaniya Rusiya ombudsmanının BMT-dəki çıxışını əngəllədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniya Rusiyanın Uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında çıxışına mane olub.
Bu barədə Qaynarinfo Böyük Britaniyanın BMT-dəki nümayəndəliyinin "Twitter” səhifəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, Rusiya ukraynalı uşaqların "evakuasiyası” ilə bağlı BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasını çağırır. Brifinqə Moskva Mariya Lvova-Belovanı dəvət edib.
Britaniya Rusiya ombudsmanı ilə görüşün yayımını əngəllədiyini bildirib.
"Ona dezinformasiya yaymaq üçün BMT platforması verilməməlidir. Əgər Mariya Lvova-Belova öz əməllərinə görə cavab vermək istəsə, Haaqada bunu edə bilər", - britaniyalı diplomatlar vurğulayıblar.
Qeyd edək ki, Beynəlxalq cinayət məhkəməsi ukraynalı uşaqların deportasiyası işi üzrə Rusiya prezidenti Vladimir Putin, eləcə də ombudsman Mariya Lvova-Belovanın həbsinə order verib.
Nizami Bağırov