Xəbər lenti

Qubada ağıq qəza: ölən var
Dünya19:15 14.11.2016

Qubada ağıq qəza: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qubada ölümlə nəticələnən yol qəzası baş verib.
Qaynarinfo.Az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbərinə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Pirvahid kəndi ərazisində “VAZ” markalı minik avtomobilin “MAN” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Seyidağa oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Qaynarinfo.Az