Xəbər lenti

"Anormal yanaşmadır" - Xasay Səfəroğlu
Siyasət17:41 29.07.2014

"Anormal yanaşmadır" - Xasay Səfəroğlu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyasının Masallı rayon Təşkilatının sədri Xasay Səfəroğlu şəxsi feysbuk səhifəsində İsa Qəmbərin müşaviri Səxavət Əlisoyun "Müsavatın başqanı türk olmalıdır" fikrinə münasibət bildirib. 

Qaynar.info həmin statusu olduğu kimi təqdim edir: 

Bu Müsavat Partiyasının 1 saylı biletinin sahibi, 1993-cü il Lənkəran hadisələrində şəhid olmuş, Azərbaycanın Milli qəhrəmanı, talış xalqının mərd oğlu Etibar Əliyevin Lənkəran Şəhidlər Xiyabanında olan məzarıdır. Ramazan bayramı münasibətilə dostlarla məzarını ziyarət etdik. 

"Müsavatın başqanı türk olmalıdır" deyənlərin görən belə faktlardan xəbəri varmı?! Bu adamların məntiqinə görə müsavatçı olub Azərbaycan uğrunda şəhid olmaq olar, amma Müsavat başqanı olmaq olmaz. Təbii ki, anormal və yanlış yanaşmadır. 

Bu fikri nəinki söyləmək sonra da onu əndarabadi arqumentlərlə, söz azadlığı və demokratiyanın arxasında gizlətməklə müdafiə etmək, hətta dilə gətirmək belə milli məsələləri körükləməklə bərabər, həm də dəhşətli dərəcədə qüsurlu və xətalıdır. Şəhid Etibar Əliyev və onun kimi digər dəyərli Azərbaycan oğullarının ruhuna hörmətsizlik etmək haqqını isə belə fikir səsləndirənlərə kimsə verməyib və verilə də bilməz".