
Cari mövsümdən etibarən Azərbaycan Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" bu gündən etibarən fəaliyyətini dayandırıb.
Sport7.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərlə bağlı geniş məlumatın günün ikinci yarısından sonra saytda yerləşdiriləcəyi bildirilib. Qeyd edək ki, hələ avqust ayının sonlarında klub davamlı olaraq hakimlərin qərəzli münasibəti ilə üzləşdiyini əsas gətirərək, çempionatdan çəkiləcəyini bəyan etmişdi.
O zaman klubun bəyanatında deyilirdi:
"... İşi iş bilənə ver! Nə vaxta qədər oyun idarə edə bilməyən hakimlər stadionlarımızda fit çalacaq? AFFA, PFL və HK hara baxır?! Premyer Liqanın hər turundan sonra 2-3 hakim 3-4 oyunluq çempionatdan uzaqlaşdırılır. Demək ki, qərəzli qərarlar verən referilərə 3-4 oyunluq cəza onları qane etmir. Bu hara kimi davam edəcək? Ölkə prezidenti cənab İlham Əliyevin "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair imzaladığı" sərəcama AFFA, PFL və HK-nin münasibəti göz qabağındadı..."
Qaynar.info