
Məlumolduğu kimi, 2017-ci ildə Azərbaycan və Gürcüstanda keçiriləcək qadınvoleybolçular üzrə Avropa çempionatının püşkü atılıb.
Qaynarinfo.Azxəbər verir ki, bundan sonra mətbuat konfransı keçirilib.
CavidQurbanov (Azərbaycan Voleybol Federasiyasının (AVF prezidenti): “Azərbaycanmüstəqillik əldə etdikdən sonra voleybolda ilk dəfə Avropa çempionatına evsahibliyi edəcək. Artıq ölkəmiz dünyada idman ölkəsi kimi özünəməxsus yertutub. Bunadək Avropa Oyunları, Formula 1, Şahmat Olimpiadası kimi mötəbər turnirlərburda baş tutub. Gələn il də İslamiada və Avropa çempionatı ölkəmizdə keçiriləcək.Ölkə başçısına, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti AleksandarBoriçiçə və onun əməkdaşlarına bizə verdikləri dəstəyə görə təşəkkür edirəm.Qoy güclü qalib gəlsin”.
FaiqQarayev (AVF vitse-prezidenti): “Biz qrupdan razıyıq. Hamısı ilə oynamışıq,güclərinə bələdik. Burda zəif komanda yoxdur. Məqsəd qrupdan çıxmaqdır. Dahasonra yarımfinal və finala çıxmaq hədəfdədir. Yəqi ki 2-3 günə baş məşqçimizinadına aydınlıq gələcək. Bildiyiniz kimi, 2 ildir ki, səhhətimə görə məşqçiliketmirdim. Fikrimcə, milli üçün nə yaxşıdırsa, o məşqçi heyəti ilə də yığma Avropaçempionatına qatılmalıdır”.
İrakliÇaçua (Gürcüstan Voleybol Federasiyasının prezidenti): “Şadam ki, belə bir müştərəkturnir keçiririk. Dünən 3 tərəfli müqavilə bağlandı, bu gün püşk atıldı. Ümidedirik ki, Gürcüstan millisi növbəti mərhələyə çıxmağı bacaracaq”.
AleksandarBoriçiç (CEV prezidenti): “Əminəm ki, azarkeşlər maraqlı Avropa çempionatı izləyəcəklər.Çünki bu sonuncu çempionatdır ki, 16 komanda iştirak edəcək. 2019-cu ildən say24 olacaq. Biz bütün qitədə voleybolun inkişafına nail olmaq istəyirik. Bu, Azərbaycanvə Gürcüstanda voleybolun inkişafına təkan vermək üçün çox gözəl imkandır.Hamıya uğurlar arzulayırıq. Ümid edirəm ki, hər 2 federasiya əlindən gələni edəcəkki, azarkeşlər oyunlara baxmağa gəlsin”.
Qeydedək ki, Avropa çempionatı 22 sentyabrda başlayacaq.
Qaynarinfo.Az