Xəbər lenti

"Azərbaycanı da yenə bilmirsinizsə..." - Federasiya prezidenti əsəbiləşdi
İdman09:24 05.09.2015

"Azərbaycanı da yenə bilmirsinizsə..." - Federasiya prezidenti əsəbiləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker Bakıda Azərbaycanla qolsuz başa çatan oyundan narazı qalıb.

Qaynar.info xəbər verir ki, Şuker Amsterdamda keçirilən "Ayaks" və Madrid "Real"ının veteranları arasında oyunda iştirak etsə də, ordakı xoş ovqatı Bakıda təlx olub.

Şuker əsəbini gizlətməyib: "Siz deyirsiniz ki, Avropada bizim əla komandamız var. Ancaq bu komanda Azərbaycan üzərində qələbə qazana bilmədi. Bu bir həqiqətdir ki, bizdə yaxşı oyunçular var, ancaq komanda... Mən Osloda qələbə qazanacağımızı gözləyirəm. Biz bu oyunu almalıyıq! Əks halda..."

Xorvatiyalı həmkarlarımız bu "əks halda" sözündən arxada gələn isimlərin yığmadan kənarlaşdırılacağını düşünür. Belə ki, Azərbaycan üzərində qələbə qazanmamaqla Avropa çempionatına getmək işini nisbətən çətinləşdirən xorvatlar sabah Osloda xal itirərsə, baş məşqçi Niko Kovaç işindən azad edilə bilər. Eləcə də Bakıda çoxsaylı şanslarından yararlana bilməyən "Yuventus"un hücumçusu Mario Mancukiç yığmadan kənarlaşdırıla bilər.

1998-ci il dünya çempionatının bombardiri olmuş Şuker bu haqda belə danışıb: "Dəyişiklik? Fikrimcə, Mario Mancukiç üçün bu ağır olacaq. Mən həmçinin düşünürəm ki, Nikola Kaliniç onu əvəzləyə bilər. Lilleströmdəki dünənki məşq də göstərir ki, heyətdə dəyişikliklər olacaq. Niko Kovaç artıq başa düşdü ki, onun millidəki karyerası sona çata bilər. Ona görə də Norveçi mütləq yenməliyik".

Qeyd edək ki, Norveç - Xorvatiya görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qaynar.info