Avropa Liqasının "Qəbələ" - "Apollon" oyunu qalmaqalsız ötüşməyib. Fanat.az-ın "Bakcell Arena"da olan əməkdaşı хəbər verir ki, stadiona toplaşanlar oyundan sonra polis vəhşiliyinin şahidi olub.
Belə ki, matç bitəndən sonra polislər qapının arхasındakı sektorda hansısa səbəbdən azarkeşi aşağı tullayıb. Tribunanın son skamiyasına qədər yuvarlanan həmin azarkeş özündən gedib. Ona yardım etmək üçün olay yerinə həkim çağırılıb. Olay yerinə gələn həkimlər yaralı azarkeşi ambulansla xəstəxanaya aparıb.
Son məlumata görə, yaralıların sayı artır. Xəsarət alanlar Gömrük Hospitalına yerləşdirilir. Onlardan analizlər götürülüb və rentgen müayinəsindən keçirilib.
Bu arada pols hadisə yerində çəkiliş aparmaq istəyən Fanat.az-ın əməkdaşını kobud şəkildə ordan uzaqlaşdıraraq, işini görməyə imkan verməyib.
Qaynar.info





