Xəbər lenti

"Barselona"da Arda Turanın cibinə nə qədər pul gedəcək?
İdman11:12 21.08.2015

"Barselona"da Arda Turanın cibinə nə qədər pul gedəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya mətbuatı ilk dəfə Arda Turanın "Barselona"dan alacağı illik qazancını açıqlayıb. Qaynar.info xəbər verir ki, Türkiyə yığmasının üzvü ilinə 8 milyon avro alacaq. Ancaq bu məbləğ qələbəyə görə verilən mükafatlarla birlikdə 11 milyon avroya qədər qalxa biləcək.
Madrid "Atletiko"sunun 41 milyon avroya "Barselona"ya satdığı Arda Turanın özünə bu məbləğdən 4 milyon avro qalacağı da bildirilir. Çünki Arda bu pulun təxminən yarısını İspaniya hökuməti üçün vergilərə verməli olacaq. Belə ki, İspaniyada bu il qəbul edilən qanuna görə, 1 milyon avrodan çox pul qazanan futbolçular aldığı məbləğin yarısını vergi orqanlarına ödəməlidir.
Arda Turan bütün mövsüm boyu oyunların 60 faizində iştirak edərsə, əlavə 1 milyon avro pul da alacaq. "Barselona" Çempionlar Liqası və İspaniya çempionluğunu qazandığı halda isə, bu məbləğ daha 1 milyon avro artacaq. Beləliklə, onun cibinə gedən məbləğ 6 milyon avroya çatacaq.
Qeyd edək ki, Arda Turanın maaşı Messi, Neymar, Luis Suares və Andres İnyestanınkından çox aşağı olsa da, təxminən xorvatiyalı İvan Rakitiçinki ilə eynidir. Ancaq FİFA-nın "Barselona"ya verdiyi cəza üzündən Ardanın yanvardan etibarən yeni komandasında oynaya biləcəyini nəzərə alsaq, onun bu il klubunda qazanacağı əlavə pullardan məhrum olduğu görünür.
Qaynar.info