Xəbər lenti

"Barselona"nın futbolçularının istədikləri baş məşqçi kimdir?
İdman06:47 24.04.2014

"Barselona"nın futbolçularının istədikləri baş məşqçi kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona" klubunun futbolçularının komandanın baş məşqçisi kimi görmək istədikləri mütəxəssisin kimliyi müəyyənləşib.

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin futbolçuları hazırda "Selta Viqo"nu çalışdıran Luis Enrikeni baş məşqçi postunda görmək istəyirlər.

Daha öncə "Barselona"nın əvəzedici komandasında işləyən Enrike mövsümün sonunda istefaya göndəriləcəyi gözlənilən Xerardo Martinonunun yerinə baş məşqçi postuna gətirilə bilər. İstənilən halda "Barselona"nın yeni baş məşqçisinə mövsümün sonunda aydınlıq gələcək.

Qeyd edək ki, "Borussiya" (Dortmund) klubunun çalışdırıcısı Yurgen Kloppun da adı "Barselona" ilə hallanır.

Qaynar.info