
Dünən KATV-də yayımlanan "My Video” telekanalında Fransada keçiriləcək Avropa çempionatına həsr olunan "Futbol Dalğası EURO-2016” verilişi canlı yayımda efirə gedib.
Qaynarinfo.az xəbər verir ki, aparıcı Araz Əhmədov, ekspert Mehman Süleymanov, Qaynarinfo.az saytının idman redaktoru Səbuhi Tofiqoğlu ilə yanaşı, "Əlincə” klubunun 14 yaşlılardan ibarət komandasının baş məşqçisi Cəfər Hüseynov da diskussiyalara qatılıb.
Proqramda Avropa çempionatında iştirak edəcək yığmaların keçirdiyi son yoxlama görüşləri, komandaların heyətləri və kollektivlərin hansı vəzifələrin öhdəsindən gələ biləcəyi müzakirə edilib. 1 saat ərzində turnirin qalibi adını qazana biləcək sürpriz yığmaların da şansları dəyərləndirilib.
Qeyd edək ki, "Futbol Dalğası” verilişi hər həftənin bazar ertəsi, "My Video TV"də saat 18:30-da yayımlanır.
Qaynarinfo.az