
Ötən gün Heydər Əliyev Mərkəzinin parkında "Dihaj" qrupunun konserti keçirilib.
"Qaynarinfo" xəbər verir ki, qrup tamaşaçılara yeni albomu "T.E.O.S."dan mahnılar təqdim edib. "Dihaj"ın Experimental doompop janrındakı ifaları mərkəzin parkına toplanan tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, "Dihaj" qrupunun açıq hava konsertləri ilə yanaşı, şəhərin yeraltı məkanlarında öz dostları və pərəstişkarları ilə görüşü də olur.
Sonda qrupun solisti Diana Hacıyeva tamaşaçıların istəyi ilə sevilən "Gecələr" mahnısını ifa edib.
Sultana Əhmədbəyli
Qaynarinfo.Az


























