
Türkiyədə bir kosmetika şirkəti internetdə yayımlanan tük tökücü spreyin reklamında 11 sentyabr terror aktlarının memarlarından biri olan "Əl-Qaidə" lideri Xalid Şeyx Məhəmmədin fotosundan istifadə edib.
Qaynar.info xəbər verir ki, ABŞ-ın Quantanamo həbsxanasında saxladığı və ölüm hökmünə məhkum edilmiş terrorçunun şəkilinin reklam üçün istifadə edilməsi dünya mediasında gündəmə çevirilib.
Olayla bağlı açıqlama verən şirkət sahibinin qardaşı Mehmet Can Yıldız bildirib ki, fotonu "İnci Caps"dan tapıblar və yuxusuzluqla bağlı zarafatlarda istifadə olunurmuş: "İnternetdə populiyar bir foto olduğu üçün reklamda istifadə etdik. Terrorçu olduğunu bilmirdik. Çox tüklü bir insan idi. Vücudu bizim məhsula uyğun olduğu üçün seçdik. Hər hansı bir məsələyə işarə vurmaq üçün belə addım atmamışıq. Məsələnin bu yerə gələcəyini bilmirdik".
Qeyd edək ki, Xalid Şeyx Məhəmməd 2003-cü ildə CİA və Pakistan kəşfiyyatının birgə əməliyyatları nəticəsində Ravalpindi şəhərində həbs olunub.
Qaynar.info

