Martın 13-də Azərbaycanı builki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin qapalı seçimi keçirilib. Qaynar.info xəbər verir ki, bu haqda İTV-nin saytı xəbər yayıb.
İctimai Televiziyanın baş direktoru Cəmil Quliyev və nümayəndə heyətinin başçısı Tamilla Şirinovanın da daxil olduğu münsiflər heyəti ölkəmizi yarışmada təmsil etmək uğrunda mübarizə aparan son üç iştirakçının adını açıqlayıb: Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynov.
Onlar arasından biri seçilib. Qalib ifaçının adı 15 martda açıqlanacaq.
Qaynar.info