Xəbər lenti

"Erməni soyqırım"ı yenidən gündəmə gətirildi
Dünya11:34 05.02.2014

"Erməni soyqırım"ı yenidən gündəmə gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa Konstitusiya Şurası "erməni soyqırım"ı iddialarını inkar edənlərin cəzalandırılması ilə bağölı qanun layihəsini iki ildən sonra yenidən gündəmə gətirib.

Qaynar.info
"panarmenian" saytına istinadən xəbər verir ki, Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının ənənəvi yeni il ziyafətinə qatılan Fransa ədliyyə naziri Kristian Tobira "Erməni soyqırımının inkarının qarşısını almaq üçün yeni bir qanun layihəsi hazırlamaqda qərarlıyıq" deyib.

Tobira hökumətin məsələ ilə bağlı Fransa daxili hüququ və Avropa Birliyi qaydalarını nəzərə alaraq yeni bir qanun hazırlamaqda qərarlı olduğunu , bu məsələdə prezident Fransua Ollanddan tam dəstək alacaqlarına əmin olduqlarını söyləyib.

Qeyd edək ki, sözügedən qondarma qanun layihəsi 2012-ci ildə keçmiş prezident Nikola Sarkozinin dəstəyilə təsdiq olunduqdan sonra qəbul edilmişdi. Lakin Fransa Konstitusiya Şurası bu qanunun insan haqlarına zidd olduğu üçün onu təsdiq etməmişdi.

Qaynar.info