Xəbər lenti

"Facebook"un yaradıcısı nə qədər maaş alır?
Dünya15:42 01.04.2014

"Facebook"un yaradıcısı nə qədər maaş alır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İldə simvolik olaraq sadəcə bir dollar maaş alan Zükerberqin sərvəti illik maaşı ilə ölçülə bilməz.   

“Axar.az” xarici mətbuata istinadən xəbər verir ki, Feysbuk tərəfindən açıqlanan illik hesabatında məlum olub ki, Feysbuk sosial şəbəkəsinin qurucusu Mark Zükerberq keçən il şirkətdən sadəcə bir dollar maaş alıb. Zükerberq aldığı maaşın məbləğinə görə vəfat edən “Əpl”in qurucusu Stiv Cobs ilə rəqabətdədir. Stiv də demək olar ki şirkətdən heç pul almayıb.

Xatırladaq ki, Mark təkcə keçən il səhm satışından 3 milyard 300 milyon qazanıb. Feysbukun 426 milyonluq səhmini hələ də əlində saxlayan Zükerberqin sərvəti 27 milyard dollara yaxındır.

Qaynar.info