
Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə çempionatı çərçivəsində keçirdiyi ev oyununda "Mançester Yunayted" üzərində böyükhesablı qələbə qazanıb.
Qaynarinfo.Az xəbər verir ki, görüş gözlənilənin əksinə olaraq "zadəganlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, londonlular üçün cari çempionatda ardıcıl 3-cü qələbə olub. Onlar Premyer Liqada "Mançester Yunayted"ə ardarda 8 oyundur ki, məğlub olmurlar (4 qələbə, 4 heç-heçə).
Hazırda "Çelsi" turnir cədvəlində 19 xal ilə IV, "Mançester Yunayted" isə 14 xalla VII yerdə qərarlaşıb.
Maraqlıdır ki, "Mançester Yunayted" bu cümə axşamı "Fənərbaxça"ya "Old Trafford"da 4 qol vurmuşdu. Həmin matçda "qırmızı şeytanlar" 4:1 qələbə qazanmışdı.
Qaynarinfo.Az