Türkiyənin Suriya ərazisində həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının növbəti mərhələsi başlayıb.
Publika.az xəbər verir ki, dünən gecə saatlarında Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu Əl-Bab şəhərini İŞİD-dən təmizləməyə başlayıb.
Əməliyyatın əsas səbəbi kimi PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin Əl-Baba yaxınlaşması göstərilir. Artıq 6 kəndin İŞİD-dən geri alındığı bildirilir. Azad Suriya Ordusunun birlikləri Əl-Bab şəhərinin 2 km yaxınlığında yerləşiblər.
Qaynarinfo.Az