Xəbər lenti

"Formula 1" xüsusilə maraqlı olacaq - Kvyat
Dünya16:20 16.06.2016

"Formula 1" xüsusilə maraqlı olacaq - Kvyat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda "Formula 1" Avropa Qran Prisi xüsusilə maraqlı olacaq.

Bunu Trend-ə Formula 1-in "Torro Rosso" komandasının pilotu Daniil Kvyat deyib.

Onun sözlərinə görə, Bakı şəhər trası çox maraqlı görünür, qeyri-adididir, burada çoxlu qeyri-adi seksiya var.

Pilot qeyd edib ki, köhnə şəhərin divarları boyunca trasın bir hissəsi daha çox diqqət çəkir, həmin yer çox dar seksiya olduğundan olduqca mürəkkəb sahədir: "Oradan yalnız bir maşın keçə bilər, həmin hissədə sürət isə saatda 60-80 kilometr olacaq".

D.Kvyat əlavə edib ki, ötən gün tras üzrə bir neçə dəfə keçib, bu gün isə velosipedlə keçmək niyyətindədir.

Onun sözlərinə görə, Bakı çox maraqlı şəhərdir: "Burada gözəl binalar var, hər şey olduqca təmizdir".

Qaynarinfo.az