
23 yaşındakı dünca məşhur model və oyunçu Kara Delevigne "Time" redaktorlarının qurduğu yeni platforma olan "Motto"ya açıq məktub yazıb.
Qaynar.info xəbər verir ki, Kara modellik işinin niyə onu bədbəxt etdiyini cəsarətlə qələmə alıb:
"Modelliyə 16 yaşında başladım. 1.70-lik boyumla sektordakı bir çox qızdan daha qısa boylu idim. Yenə də şansımı sınamaq istədim. Həyatımda bir neçə dəfə etdiyim kimi yenə də vazkeçmədim.
Moda sektorda yerimi tapmam uzun zaman aldı. Moda dünyasının məni qəbul etməsi üçün xeyli zamanım getdi. Ancaq bir müddətdən sonra özümü bu sektorun tam mərkəzində tapdım. Bu müddətdə isə bir şeyi hiss etdim: hər kəsdən təqdir almaq üçün zamanımın yarısını itirmişəm. Nəticə olaraq, öz fikirimi və xoşbəxtliyimi, müvəffəqiyyətin nə demək olduğunu unutmuşam".
Qaynar.info










