
Qahirədə məhkəmə keçən il ABŞ səfirliyi qarşısında keçirilən nümayişlər zamanı "İncil" nüsxəsini yandıran misirli müsəlman din xadimi 11 il müddətinə azadlıqdan məhrum edilib.
ANN.Az-ın verdiyi xəbərə görə, Ahməd Məhəmməd Madmud adlı şəxs özünün şəxsi dini televiziya kanalı var və keçən ilin sentyabr ayında "YouTube"da yayılan "Müsəlmanların Cahilliyi" filminə görə ABŞ səfirliyi qarşısında keçirilən nümayişlərin rəhbərlik edib.
Nümayişlərin birində səfirlik qarşısında "İncil" yandıran Mahmud "dini təhqir etdiyinə" görə azadlıqdan məhrum edilib. Onun oğlu da eyni cinayətə görə 8 il həbs cəzasına məhkum edilib.
Qaynar.info