
Oktyabrın 1-də Sevda Yəhyayeva yeni klipinin təqdimat mərasimini keçirəcək.
Qaynarinfo.Az-a verilən məlumata görə, təqdimat mərasimi saat 14:00-da "Park Meridian" restoranında baş tutacaq.
Mərasimdə müğənni ilə yanaşı onun klipdəki tərəfdaşı "İnter" klubunun futbolçusu Ruslan Abışov da iştirak edəcək. Bu cütlüyün yeni klipinin adı "Milli Mətbəximiz" adlanır. Klipin ideya müəllifi Pərviz Əsgərov, rejissor isə Anar Hüseynovdur. 3 dəqiqə 50 saniyədən ibarət olan klipdə milli mətbəximiz tanıdılır.
Yeri gəlmişkən, bu mahnının sözləri Leyli Erolundur. Musiqi isə özbəklərə məxsusdur.

Qeyd edək ki, Ruslan Abışov Sevda Yəhyayeva ilə 2-ci dəfə bir klipdə çəkilir. İlk dəfə 2011-ci ildə tərəf müqabilləri "Gecdir Daha" klipində çəkilmişdilər. Həmin klipin çəkilişləri Türkiyədə olmuşdu.
Qaynarinfo.Az





