Xəbər lenti

"İraq parçalanır" - Bərzani
Dünya06:48 07.07.2014

"İraq parçalanır" - Bərzani

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İraq parçalanır. Bu, bəzilərinin görmək istəmədiyi bir həqiqətdir.".

Qaynar.info-nun verdiyi xəbərə görə, bu sözləri alman mətbuatına açıqlamasında İraq Kürdüstanının lideri Məsud Bərzani bildirib.

Bərzani şiə və sünnilər arasında radikal cərəyanların önə keçdiyinə diqqtət çəkərək deyib: "Biz bunlarlamı dövlət quracağıq? Bu mümkün deyil. Xalqlar yalnız könüllü halda bir yerdə yaşaya bilərlər".

Türkiyə ilə münasibətlərindən danışan Bərzani deyib ki, bu sahədə vəziyyət son 10 ldə xeyli inkişaf edib: "Kürdlərlə Türk höküməti arasındakı barış sürəcini dəstəkləyirik. Ərdoğanın Ərbil ziyarəti tarixi bir addım idi.Kürdlər hər kəsə yaxşı bir qonşu olacaqlar".

Qaynar.info