Xəbər lenti

"İslam Kərimovu xalqa göstərsinlər"
Dünya08:27 30.08.2016

"İslam Kərimovu xalqa göstərsinlər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Fərqanə" informasiya agentliyinin redaktoru Daniil Kislov İslam Kərimovu ictimaiyyətə göstərməyi tələb edib.

Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, "Fərqanə" agentliyi İslam Kərimovun ölməsi xəbərini yayıb.

Agentliyin xəbəri rəsmi olaraq təkzib olunub. "Milli Xəbərlər Xidməti"nə (MXX) açıqlama verən  Daniil Kislov isə deyib ki, əgər İslam Kərimov həqiqətən sağdırsa, onun palatada görüntüsünü yaysınlar. "Biz yaydığımız məlumatın doğruluğuna cavabdehik. Mən Özbəkistanın rəsmi mənbələrinə və hökumətə təklif edirəm ki, İslam Kərimovun tibbi arayışını və onun xəstəxanada sağ vəziyyətdə görüntüsünü ictimaiyyətə təqdim etsinlər". 

Qızılgül

Qaynarinfo.Az