
İsveçrənin Cenevrə şəhərində keçiriləcək üçüncü nüvə müzakirələri ərəfəsində İranın ali dini lideri Ayətullah Xamneyi Fransanı hədəfə açıqlamalar verib.
Qaynar.info xəbər verir ki, bundan əvvəlki görüşlərdə tərəflərin razılaşmasına mane olan Fransanı sərt tənqid edən Xamneyi, "Fransalı rəsmilər sadəcə ABŞ qarşısında əyilmirlər, eyni zamanda İsrail rejimi qarşısında da diz çökürlər" deyib.
Dini lider sonrakı çıxışında ölkə adı çəkmədən İrana qarşı çıxanları da hədələyib: "İran təcavüzkarların sifətinə unuda bilməyəcəkləri şillə vuracaq. Dünyada heç bir millətə düşmən olmadığımız kimi, Amerika millətinə də düşmən deyilik".
Xamneyi eyni zamanda nüvə proqramından zərrə qədər də geri addım atmayacaqlarını bildirib.
Qaynar.info