
Türkiyənin ATV telekanalında yayımlanan "Kurtlar vadisi pusu" serialının 217-ci bölümündə ölkə siyasətində baş verənlərə işarələr vurulub.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, prokuror Lelyanın bacısını öldürən Marqaretin onun əlindəki sarı gülə işarə vurması diqqətdən yayınmayıb. Sosial şəbəkələrdə serial yaradıcılarının CHP-nin İstanbul bələdiyyəsi başqanlığına namizəd olan Mustafa Sarıgülü hədəf seçdikləri barədə müzakirələr aparılıb.
Bacısının ölüm səhnəsini görən Leylaya zəng edən Marqaretin "sarı gül uğursuzluq gətirər. Demək ki, doğruymuş" sözləri sosial şəbəkələrin gündəmini zəbt edib.
Bundan əlavə, serialda ABŞ-da yaşayan dini lider Fətullah Gülən də tapınakçıların baronu kimi təqdim edilib. "Gizli hücrələr oyandırıldı" deyən "uca majesteləri"nin sözləri ilə serialın 217-ci bölümü sona çatır.
"Kurtlar vadisi pusu" serialının son bölümünü təqdim edirik: