Xəbər lenti

"Mənə yumurta atılmasından xəbərim olmayıb" - İlqar Ələkbərov
İdman11:50 14.12.2016

"Mənə yumurta atılmasından xəbərim olmayıb" - İlqar Ələkbərov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Qəbələdə keçirilmiş Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda meydan sahibi komanda Bakının AZAL komandası ilə qarşılaşıb. Gərgin keçən görüşdə "Qəbələ" məğlubiyyətdən qaçıb və 2:1 hesablı qələbə qazanıb.

Qaynarinfo.Az xəbər verir ki, bu oyunda "Qəbələ" komandasının azarkeşləri özlərini yaxşı tərəfdən göstərməyib. Belə ki, "Qəbələ"nin azarkeşləri meydançaya kənar əşyalar atıblar. Bunun nəticəsində AFFA İntizam Komitəsi "Qəbələ"ni 1600 manat cərimələyib.

Meydançaya atılan kənar əşyalardan biri də yumurta olub. Yunurta isə AZAL-ın futbolçusu İlqar Ələkbərova ünvanlanıb. Görünür, noyabrın 6-da Şüvəlanda keçirilmiş AZAL - "Qəbələ" oyunu (0:0) azarkeşlərin yadından çıxmayıb. Həmin görüşdə İlqarın "Qəbələ"nin yerdə qalmış xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçi vurması onların əvvəlcədən təşkilatlanmasına səbəb olub.

Bu məsələ ilə bağlı İlqar Ələkbərovun da fikirlərini öyrəndik. O, azarkeşlərin ona yunurta atmasını sonradan saytlardan bildiyini deyib: "İnanırsınız, mənə yumurta atılmasından xəbərim olmayıb. Sonradan saytlardan bunu öyrənmişəm. Nəinki mənim, AZAL-ın heç bir futbolçusunun bundan xəbəri olmayıb. Yəqin ki, bu, oyuna həddindən artıq köklənməyimizlə bağlıdır. Mən də elə düşünürəm ki, azarkeşlərin mənə qarşı bu hərəkəti Bakıdakı oyunla bağlıdır. Top məndə olanda məni uğultu ilə qarşılayırdılar. Bu tək bizim futbolda olmur ki. Ona görə də qeyri-adi reaksiya vermədim. Futbolçunu ancaq meydançada görürlər. Məni qıraqda tanımırlar. Tanısalar, belə etməzdilər".

Qaynarinfo.Az