Xəbər lenti

"Mükafat mənə verilməli idi" - Bəşər Əsəd
Dünya07:24 19.10.2013

"Mükafat mənə verilməli idi" - Bəşər Əsəd

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriya prezidenti Bəşər Əsəd NObel Sülh Mükafatının ona verilməli olduğunu deyib.

Qaynar.info
xəbər verir ki, Əsəd bununla bağlı Livanda yayımlanan "Əl Əkbər" qəzetinə verdiyi açıqlamasında deyib.

Nobel Sülh Mükafatının Suriyanın kimyəvi silahlardan təmizlənməsi  əməliyyatını həyata keçirən quruma verilməsini lağa qoyan Əsəd, "Bu mükafat mənə verilməli idi" deyib.

Ölkəsinin kimyəvi silah istehsalını 1997-ci ildə dayandırdığını deyən Əsəd bunun əvəzinə nüvə texnologiyasını gücləndirməyə start verdiklərini bildirib.

Qeyd edək ki, Nobel Komitəsi 2013-cü il Nobel Sülh Mükafatını Beynəlxalq Kimyəvi Silahları Təmizləmə Təşkilatına vermişdi.

Qaynar.info