
Misirdə "Müsəlman Qardaşlar" hərəkatı hərbçilər tərəfindən həbs olunmuş liderləri Məhəmməd Bədiinin yerinə keçən yeni liderin adını açıqlayıb.
Qaynar.info xəbər verir ki, təşkilatın siyasi qanadı olan Azadlıq və Ədalət partiyasının internet saytında yeni liderin Mahmud Əzzat olduğu bildirilib.
Qeyd edək ki, Məhəmməd Bədii dünən gecə Qahirə yaxınlığındakı evində həbs olunmuşdu.
Qaynar.info