Xəbər lenti

"Neftçi" böyük oyuna necə hazırlaşır? - AÇIQLAMA
İdman13:25 11.09.2014

"Neftçi" böyük oyuna necə hazırlaşır? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Hansı rəqiblə qarşılaşmağımızın bizim üçün fərqi yoxdur". Bu sözləri Fanat.az-a verdiyi açıqlamada Topaz Premyer Liqasının V turunda "Neftçi" - "Xəzər Lənkəran" arasında baş tutacaq oyuna münasibət bildirərkən "Ağ qaralar"ın baş məşqiçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis bildirib ki, normal qaydada oyuna hazırlaşılar: "Düzdü məşqləri tam heyyətlə həyata keçirə bilmirik. Bir neçə oyunçumuz millidən qayıdıb, bu gün də olimpiya millimizdə olan 2 futbolçumuz heyyətə dönəcək. Vobay da öz millisinin tərkibində idi, o da ayın 12-si heyətə dönəcək. Problemlərimiz bircə bununla bağlıdır ki, tam heyətlə hazırlaşmaq imkanımız olmayıb. Qalan bütün məşqlər normal qaydada gedir. Həm taktiki, həm də fiziki baxımdan.

Bütün komandalarla qarşılaşacağıq. İstər "Xəzər Lənkəran" olsun, istərsə də başqa komandalar. Hansı rəqiblə qarşılaşmağımızın bizim üçün fərqi yoxdur. Rəqiblərimizi bir-birindən ayırmırıq. Yeganə fərq bundadır ki, "Neftçi"- "Xəzər Lənkəran" matçı hər zaman prinsipal hesab edilib. Buna görə də istər-istəməz oyuna motivasiyanı daha da gücləndirmişik".

Təcrübəli mütəxəsis bildirib ki, "Xəzər Lənkəran" "İnter"lə görüşdə öz oyunu göstərməyə başladı: "Buna görə düşünürəm ki, "Xəzər Lənkəran"la bundan əvvəl olan oyunlardakı gərginlik qalacaq".

Xatırladaq ki, "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması sentyabrın 13-də, saat 17:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə arenasında baş tutacaq.

Qaynar.info