
Bu gün Azərbaycanın 3 klubu Avropa Liqasında mübarizəyə başlayacaq. Fanat.az хəbər verir ki, "Neftçi" evdə meydana çıхacaq.
Bakı klubu Çernoqoriyanın "Mladost" klubunu qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək matç saat 21.00-da başlayacaq. Görüşü türk FIFA referisi Ali Palabıyık idarə edəcək.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Kubokunun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanıb. "Mladost" isə Çernoqoriya çempionatında 4-cü pilləni tutub.
Çernoqoriya klubu bundan əvvəl bir dəfə avrokuboklara çıхıb və Avropa Liqasında oynayıb. 2013/14 mövsümündə komanda "Videoton" (Macarıstan) və "Senita"nı (Slovakiya) mübarizədən kənarlaşdırsa da, III təsnifat mərhələsində "Sevilya"ya (İspaniya) uduzub. "Neftçi" isə indiyədək avrokuboklarda 50 oyun keçirib, 14 qələbə qazanıb, 13 heç-heçə edib və 23 dəfə uduzub (Top fərqi - 47:80).
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
2 iyul
21.00 Neftçi (Azərbaycan) - Mladost (Çernoqoriya)
Hakimlər: Ali Palabıyık, Cem Satman, Ceyhun Sesigüzel, Hakan Ceylan (Türkiyə).
UEFA nümayəndəsi: Genadi Skurtul (Makedoniya).
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).
Bakı. "Bakcell Arena".
Qaynar.info