Xəbər lenti

"Nifrətə son qoymağın vaxtı çatıb"
Siyasət06:04 10.09.2013

"Nifrətə son qoymağın vaxtı çatıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu bilə nizamlanması üçün köməklik göstərməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq çəkilən əzab-əziyyət və nifrətə son qoymağın vaxtı çatıb”.

APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Bakıda bu gün keçirdiyi brifinqdə deyib.

Həmsədr bildirib ki, münaqişənin Helsinki yekun aktına əsasən həllini tapması vacibdir: “Münaqişəni həll etmək üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsinin, cəsarətli addımlar atmasının vaxtıdır. Öz həmkarlarımla birgə fəaliyyəti davam etdirməyi səbirsizliklə gözləyirəm.

C. Uorlik yaxın zamanlarda Vyanada ATƏT-in baş katibi ilə görüşəcəyini, bundan sonra Fransa və Rusiyadan olan həmkarları ilə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində görüşlər keçirməyi planlaşdırdığını deyib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 68-ci sessiyası sentyabrın ikinci yarısında keçiriləcək.

ABŞ-dan olan həmsədr Ceyms Uorlik Bakıdan sonra İrəvana gedəcək, oradan isə Dağlıq Qarabağa səfər edəcək.

Qaynar.info