
ABŞ-da bazar günü hökumətə qarşı aksiya keçirən və Obamaya qarşı çıxan bir qrup "Allaha boyun əyən bir prezident istəmirik" şüarları səsləndiriblər.
Qaynar.info xəbər verir ki, mühafizəkar "Freedom Watch" adlı qrup adından danışan Larri Klayman adlı şəxs "ABŞ Allaha boyun əyən bir prezident tərəfindən idarə olunur və bu xalqın prezidenti deyil. Obamanın əlindəki Quranı buraxmasını və istefa verməsini istəyirik" deyib.
Aksiyaçılarla görüşən keçmiş prezidentliyə namizəd senator Sara Pelin də xalqın qorxaq olmadığını deyib: "Bizim də ordumuzun, xalqımızın və qazilərimizin piyada olaraq istifadə olunduğu bir oyundan qorxmağa haqqımız yoxdur".
Qaynar.info