Xəbər lenti

"Onlar bilərəkdən məsələni şişirdirlər..."
Siyasət07:57 06.07.2013

"Onlar bilərəkdən məsələni şişirdirlər..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ziyafət Əsgərov hesab edir ki, Putinin hakimiyyətə gəlişindən sonra həqiqətən Azərbaycanla Rusiya arasında gözəl münasibətlər formalaşıb

“Bəziləri bilərəkdən Rusiya ilə Azərbaycan münasibətlərində bizə qarşı hərbi-siyasi təzyiqin artması məsələsini həddindən artıq şişirdirlər”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Məclisinin birinci vitse spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

O qeyd edib ki, pərdə arxasındakı reallıq ondan ibarətdir ki, artıq Rusiyanın Azərbaycan hakimiyyəti ilə münasibəti müsbətə doğru xeyli inkişaf edib: “Bizim Rusiya ilə çox yaxşı əlaqələrimiz var və bundan sonra da daha yaxşı inkişaf edəcək. Həqiqətən də 90-cı illərin sonuna qədər Rusiya ilə Azərbaycan arasında anlaşılmazlıqlar olub, lakin artıq bu, aradan qalxıb. Amma cənab Putinin hakimiyyətə gəlişindən sonra həqiqətən Azərbaycanla Rusiya arasında çox gözəl münasibətlər formalaşıb”.