Xəbər lenti

"Pocoyo" "Pepee"ni məhkəməyə verdi
Dünya12:19 06.05.2013

"Pocoyo" "Pepee"ni məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın cizgi film şirkəti Zinkia Entertainment müəllif haqlarını mənimsəmə və haqsız rəqabətə görə, Türkiyənin Düşyeri firmasını və TRT kanalını məhməkəyə verib. 
Qaynar.info-nun məlumatına görə, ispan şirkətinin rəsmiləri məhkəmənin türk firmasının canlandırdığı "Pepee" obrazı ilə bağlı gedən işlə bağlı qərar verənə qədər heç bir açıqlama verməyəcəklərini deyiblər. 
Şirkət müəllif hüquqlarına sona qədər sahib olacaqlarını və haqsız rəqabətə qarşı hüquqi prosesi axıra kimi izləyəcəklərini bildirib. 
Qeyd edək ki, 2008-ci ildə İstanbulda yaradılan Düşyeri Cizgi Film Studiyasının ilk layihəsi olan "Pepee" Türkiyədə uşaqların ən çox sevdiyi cizgi filmi obrazı olub. 
"Pepee" izlənmə rekordlarına görə, Türkiyənin ilk milli cizgi filmi qəhrəmanı adını alıb. 
Qaynar.info