
Dünən "Qarabağ"ın Kipr klubu "Anortosis"ə hücumçusu Dino Ndlovunu satması üçün 2-ci təkliflə müraciət etdiyini xəbər vermişdik. "Qarabağ" bu transfer üçün 350 min avrodan çox pul təklif etmişdi. Artıq Famaqusta təmsilçisi bu təklifi qəbul edib.
Qaynarinfo.Az-ın məlumatına görə, sabah CAR millisinin 26 yaşlı hücumçusu ilə 2+1 illik müqavilə imzalayacaq.
Yeri gəlmişkən, Dino Ndlovu şəxsi "İnstaqram" səhifəsində bu sözləri yazıb: "Sənin fərdi məqsədin Allahınkı ilə üst-üstə düşməlidir. Sən onun məqsədinin ardınca gedəndə o sənin üzünə qapıları açacaq".
Qaynarinfo.Az