Xəbər lenti

"Qarabağ"- "Seltik" oyunu Britaniyada göstərilməyəcək
İdman11:28 05.08.2015

"Qarabağ"- "Seltik" oyunu Britaniyada göstərilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Seltik" oyunu nəinki Şotlandiyada, eləcə də Böyük Britaniyada göstərilməyəcək.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, görüşü yalnız "Seltik"in klub saytı yayımlayacaq ki, buna da abunəçilər və təxminən 4 avrosundan keçməli olan şotlandlar tamaşa edə biləcək.

Son məlumatlara görə, oyunun Britaniyanın "Sky Sports" telekanalı vasitəsilə yayımlanması da nəzərdə tutulmayıb. Daha doğrusu, "Qarabağ" tərəfi Qlazqodakı ilk oyunu yayımlamış "Sky Sports"dan gələn təklifə adekvat cavab verib. İlk matçda oyunun yayım şifrəsini verməkdən boyun qaçırmış Britaniya telekanalı bu üzdən saat 21.30-da bu matçı göstərməyəcək.

Qeyd edək ki, ilk matçda "İdman Azərbaycan" telekanalı vasitəsilə oyunu yayımlaması nəzərdə tutulmuşdu. Lakin qarşı tərəf bəzi saytlarımızın da bu matçı göstərməklərinə əngəl ola bilməyəcəyindən son anda yayım Azərbaycana verilməmişdi.

Qaynar.info