Xəbər lenti

"Qarabağ" və "Neftçi" uddu, "Xəzər Lənkəran" uduzdu - VİDEO
İdman05:50 24.03.2014

"Qarabağ" və "Neftçi" uddu, "Xəzər Lənkəran" uduzdu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Topaz Premyer Liqasında 27-ci turun oyunları keçirilib. "Xəzər Lənkəran" öz meydanında "Simurq"u qəbul edib və rəqibinə 1:3 hesabı ilə məğlub olub.

Digər qarşılaşmada "Bakı" AZAL-ın qonağı olub. Görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Turnir cədvəlinin lideri "Qarabağ" autsayder "Sumqayıt"ı qəbul edib. Qonaqlar 70-ci dəqiqəyə qədər müqavimət göstərsələr də, Ağdam təmsilçisi dörd dəqiqə ərzində - Reynaldonun 70 və 72-ci, Almeydanın isə 74-cü dəqiqədə vurduğu qollarla 3:0 hesablı qələbə qazanıb.

Liderlər sırasında yer alan daha bir komanda - "Neftçi" isə "Rəvan"ın qonağı olub və minimal hesabla qalib gəlib.

23 mart

"Rəvan" - "Neftçi" - 0:1
Qol: Ruslan Qurbanov, 10 (0:1)

"Qarabağ" - "Sumqayıt" - 3:0
Qollar: Reynaldo, 70 (1:0), 72 (2:0), Almeyda, 74 (3:0)

"Xəzər Lənkəran" - "Simurq" - 1:3
Qollar: Rəşad Eyyubov, 17 (0:1), Stepan Polyak, 22 (0:2), Junior Nildo, 74 (1:2), Anderson Olvyera, 81 (1:3)

AZAL - "Bakı" - 1:2
Qollar: Yure Travner, 29 (0:1) Con Oluremi, 38 (1:1), Ailton, 47-avtoqol (1:2)

// ANS PRESS