Xəbər lenti

"Qəbələ" Avroliqada "sülh"ə razılaşdı (VİDEO)
İdman18:54 13.07.2017

"Qəbələ" Avroliqada "sülh"ə razılaşdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulur. Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” də yarışda mübarizəyə qoşulub.

“Qırmızı-qaralar” mövsümdə ilk rəsmi matçına evdə çıxıb. Roman Qriqorçukun yetirmələri “Yagelloniya”nı qəbul edib.

Hər iki komanda ötən mövsümün gümüş mükafatçısı olduğundan matçı vitse-çempionların dueli də hesab etmək olardı. "Bakcell Arena"da baş tutan oyunda hesabı 15-ci dəqiqədə meydan sahiblərindən Taras Romançu açıb. "Qəbələ" buna 47-ci dəqiqədə yeni transfer Steven Jozef-Monrozun qolu ilə cavab verib. O, İlqar Qurbanovun ötürməsini qola çevirib. Matç 1:1 hesabı yekunlaşır.

Avropa Liqası

II təsnifat mərhələsi

İlk oyun

13 iyul

Qəbələ (Azərbaycan) - Yagelloniya (Polşa) 1:1

Qollar: Steven Jozef-Monroz, 47 - Taras Romançuk, 15.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 6. Elvin Məmmədov, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 20. Xuan Hernandez, 28. Steven Jozef-Monroz, 34. Urfan Abbasov.

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 5. Rasim Ramaldanov, 8. Qismət Əliyev, 11. Asif Məmmədov, 16. Dion Malone, 21. Deyvi Bultyuz, 45. Famussa Kone.

Baş məşqçi: Roman Qriqorçuk.

Yagelloniya: 25. Marian Klemen, 4. Yacek Qoralski, 6. Taras Romançuk, 8. Lukaş Burlika, 9. Arvidas Novikovas, 10. Fyodor Çerniç, 12. Gilyerme Sitya, 13. Pırjemislav Mistovski, 16. Qutyer Tomelin, 17. İvan Runye, 18. Silian Şeridan.

Ehtiyat oyunçular: 96. Damian Veqlarz, 2. Ziqmund Qordon, 7. Dmitro Xomçenovski, 20. Davit Şimonoviç, 23. Damian Şimanski, 26. Martin Pospisil, 44. Lukaş Sekulski.

Baş məşqçi: İrenyus Mamrot.

Hakimlər: Marko Frits, Holqer Henşel, Marsel Pelqrim, Quido Vinkmann (Almaniya).

UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus).

Hakim-inspektor: Erol Ersoy (Türkiyə).

"Bakcell Arena".

Qaynarinfo.Az