Xəbər lenti

"Qəbələ"nin direktoru Danimarkada işləyə bilər: "Onu yaxşı tanıyıram"
İdman08:19 06.04.2016

"Qəbələ"nin direktoru Danimarkada işləyə bilər: "Onu yaxşı tanıyıram"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qəbələ" klubunun sabiq baş məşqçisi, hazırkı futbol direktoru Toni Adams Danimarkada işləyə bilər.

Qaynar.info xəbər verir ki, Adamsa Danimarkanın məşhur klublarından olan "Bröndbü"dən təklif gəlib. Bu barədə Danimarkanın "Politiken" qəzeti məlumat yayıb.

Belə ki, Danimarkanın 10 qat çempionunun sabiq baş məşqçisi Tomas Frank klub sahibi Yan Bex Andersenin oğlu tərəfindən tənqid olunmasından sonra istefaya gedib. Bu üzdən komanda müvəqqəti olaraq "Bröndbü"nün 19 yaşadək komandasının baş məşqçisi litvalı Aureliyus Skarbalyusa həvalə edilib.

Baş məşqçiliyə namizədlər arasında "Çelsi"nin 35 yaşlı kapitanı Con Terri də var. Ancaq digər ingilis - Toni Adamsın şansları daha yüksək qiymətləndirilir. Ancaq "Bröndbü"nün idman direktoru Troels Bex Adamsın namizədliyi ilə bağlı verilən suala belə cavab verib: "Toni Adams? Mən onu yaxşı tanıyıram. O yaxşı oyunçu olub".

Qeyd edək ki, 49 yaşlı Toni Adams "Arsenal" klubunda 669 matça çıxıb və 14 il ərzində London təmsilçisinin kapitanı olub.

Qaynar.info