Türkiyənin İstanbul şəhərində yerləşən "Reina" gecə klubunda terror törədən Əbdülqadir Maşaripovla bağlı yeni məlumat əldə edilib.
Axar.az xəbər verir ki, Ə. Maşaripovun törətdiyi teraktda əli olduğu güman edilən 2 Çin vətəndaşı Konyadan İstanbula gələn bir avtovusun baqajında makaron paketi içərsində göndərilən silahı almaq üçün gedərkən saxlanılıblar.
Qeyd edilən şəxslərin İŞİD-lə əlaqələrinin olması, həmçinin daha öncə Türkiyədə törədilən teraktlarda fəaliyyətlərinin olması tələbi ilə məhkəməyə cəlb ediliblər.
Xatırladaq ki, Yeni il gecəsi “Reina” klubuna baş verən hücum zamanı 39 nəfər ölüb, 69 nəfər isə yaralanıb. Həlak olanlardan 27-si turist olub.
Qaynarinfo.Az