Xəbər lenti

"Rəşad Sadiqova görə futbolla maraqlanmağa başlamışam" - Tələbə-yazar
İdman11:05 06.06.2016

"Rəşad Sadiqova görə futbolla maraqlanmağa başlamışam" - Tələbə-yazar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xanım futbol azarkeşləri hər zaman diqqət mərkəzində olurlar. Təsadüfi deyil ki, idman saytları bir neçə dəfə azərbaycanlı xanım azarkeşlərdən müsahibələr alıb. Bizim müsahibimiz isə tək futbol azarkeşi deyil. O həm də Azərbaycan Universitetinin "Tarix" fakültəsinin II kurs tələbəsi, eləcə də gənc yazardır.

Qaynarinfo.az bu xüsusiyyətləri özündə birləşdirən Əfsanə Ərşadzadə adlı müsahibimizlə söhbətə də futboldan başladı.

- Azərbaycan futbolu ilə necə maraqlanmağa başladın?

- İndi "Qəbələ" klubunun 6 nömrəli futbolçusu Rəşad Sadiqova görə futbolla maraqlanmağa başlamışam. "Qarabağ"da oynayarkən onun fanatı oldum. Futbola baxmağımın səbəbkarı odur.

- Onda hansı xüsusiyyət vardı ki, ona görə futbol sənin diqqətini çəkdi?

- Bilmirəm. Amma onu bilirəm ki, ilk dəfə onu görəndən sonra futbola nifrət edən qız bu idman növünə maraq göstərməyə başladı. Rəşad "Qarabağ"dan ayrılsa da, bu komandaya azarkeşlik etməkdə davam etdim. Onun çıxış etdiyi "Xəzər Lənkəran" və "Qəbələ"yə də azarkeşlik etmişəm. Rəşad hara gedibsə, həmin komandaların qələbəsinə sevinmişəm. Amma əsas komandam əslim Ağdamı təmsil edən "Qarabağ"dır.

- "Qarabağ"da Rəşad Sadiqovdan başqa, hansı oyunçulardan xoşun gəlib?

- Rəşad Sadıqov, Əfran İsmayılov, Reynaldo, Rişard Almeydadan. Namiq Yusifovdan da xoşum gəlir. Ancaq heyf ki, o, son dövrlər "Qarabağ"da daha çox ehtiyatda qalır.

- Kubokun finalına baxdınmı?

- Bəli. Bilirdim ki, "Qarabağ" finalda "Neftçi"yə qalib gələcək. Hamı əmin idi.

- "Qarabağ"da "Ladies of Qarabagh" fanklubunun üzvüsən?

- Yox. Mən "Qarabağ"ın "Qisas" fan qrupunun üzvüyəm. İnşallah, avrokuboklarda "Qarabağ"ın bütün oyunları üçün stadiona gedəcəyəm.

- Həm də yazarsan. Hekayələrində nələrdən yazırsan?

- Kriminalı sevirəm deyə, ilk hekayəm bu mövzuda olub. Amma sevgi, xəyanət, dostluq mövzularında da yazıram. Ən çox insanlardan yazıram. Yalnız 1 hekayəmdə xoşbəxt sonluq olub. Qalanlarında son bədbəxtliklə başa çatıb. Hətta universitet müəllimlərim də məni buna görə qınayır ki, niyə insanlara belə bədbəxt obraz verirəm. Bu mənim özümdən asılı deyil. Nə görürəmsə, elə də yazıram. Real faktlara əsaslanıram. 1 insanı "xoşbəxt etməy"i bacarmıram.

- Sosial şəbəkədə şer yazdığını da görənlər olub...

- Cəmi 2 şerim olub. O da beynimdən keçdi, yazdım. Mövzusu kriminal ruhda idi. Rövşən Lənkəranskiyə həsr olunmuşdu.

- Özün ağdamlı, Rövşən isə lənkəranlıdır. Ona belə çox simpatiyan hardandır?

- Bilmirəm. Belə oldu. Bəlkə də o insan elə kriminal insan deyil. Çox fərqli insandır. Onun yaxşılıqlarını daha çox eşitmişəm. Ona görə Rövşənə belə simpatiyam var.

- Futbola yenidən qayıdaq. Azərbaycan çempionatında digər oyunları da izləyirsən?

- Əvvəllər hamısını izləyirdim. Hətta "Rəvan", "Turan" oynayanda belə... Amma indi imtahanlara görə bəzən oyunlara baxa bilmirəm.

- "Xəzər Lənkəran" klubunun əsas komandasının çıxışını dayandırması sənə necə təsir bağışladı?

- Çox təəssüfləndim.

- Avrokuboklarda "Qarabağ"dan nə gözləyək?

- İnşallah, bu il daha uğurla çıxış edəcək.

- Tələbə yoldaşlarında futbola marağı necə formalaşdırırsan?

- Biri var. Tələbə yoldaşımı kubokun finalına aparmışdım. Oyundan sonra deyirdi ki, ona maraqlı gəlib. Halbuki o, futbola baxmayan qızdır. Həmişə məni qınayırdı ki, futbolda nə var e, ona nəyə baxırsan? (gülür)

- Hekayələrində nə vaxtsa "Qarabağ"dan yazmağı düşünürsən?

- Bəli, düşünürəm. Əslində futbola dair bir mövzuda artıq yazmışam. O hekayədə futbolçu qızdan gedir. Sonu uğurla başa çatan həmin hekayəm məhz odur.

- Həmin futbolçu qız kimdir?

- Məndən o qızın adının bilinməsi istənilməyib. Çünki bunları mənə həmin qızın həyat yoldaşı demişdi. Yalnız onu deyə bilərəm ki, o, Rusiyanın II divizionunda çıxış edirdi. Onun icazəsini alıb hekayə yazdım.

- Hekayələrindən kitab halında olanı var?

- Hələ yox. Saytlar icazəmlə verir. Ancaq bəzən oğurlandığı hallar da olur. Oğurlayıb öz adlarına çıxartmışdılar... İnşallah, ya IV kursda, ya da universiteti bitirdikdən sonra hekayələrimi kitab halına salmağı düşünürəm.

Qaynarinfo.az